Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Norveç adasında zamandan imtina edirlər

Norveçin Sommaryoy adasında zamandan imtina etmək qərarına gəliblər. Yəni həmişə işıqlı dövrdə - mayın 18-dən iyulun 26-na qədər vaxt hesablamaq istəmirlər.

Bizimyol.info xəbər verir ki, adının mənası “Yay adası” olan Sommaryoy qütb günlərini keçirir. Bu o deməkdir ki, hətta gecələr də hava işıqlı olur. Gecə saat 2-də siz küçədə oynayan uşaqları, çimməyə gedən yeniyetmələri, hasarını rəngləyən və ya həyətindəki ot örtüyünü qaydasına salan adamları görə bilərsiniz. Ada sakinləri hesab edir ki, həm iş, həm də məktəb üçün çevik qrafik tutulmalıdır.

Sommaryoylular zamansız zona istəyirlər. Sakinlərdən biri Kyell Uve Xvedinq deputatlarla görüşüb, onlara bununla bağlı petisiya da təqdim edib.

Sommaryoy təkcə turizm üçün gözəl təbiəti və balıqçılıq ilə məşhur deyil. Adaya ayaq basanda siz saatınızı çıxarıb körpüdən asmalı olursunuz. Bununla zamansızlığa işarə vururlar.

Son xəbərlər
Bütün xəbərlər »