Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın futbolunun Maradonası dünya çempionatında rekorda imza atdı - Video

Fransada qadınlar arasında futbol üzrə dünya çempionatı davam edir. Favoritlərdən sayılan Braziliya milli komandası İtaliyanı 1:0 hesabıyla məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Yeganə qolu penalti ilə qadın futbolunun Maradonası adlandırılan Marta Vieyra da Silva vurub.

Bizimyol.info xəbər verir ki, Marta dünya çempionatlarının rekorduna imza atıb. Brazliyalı futbolçu mundiallardakı qollarının sayını 17-yə çatdırıb. Dünya çempionatlarında beşinci dəfə iştirak edən 33 yaşlı hücumçu hamını geridə qoyub. O, hətta kişilərin ən sərrast oyunçusu sayılan Miroslav Klozedən də irəlidədir. Alman hücumçu dünya çempionatlarında 16 qol vurub.

Marta Vieyra da Silva Marta Vieyra da Silva | Foto: Lars Baron / Bongarts / Getty Images

Marta FİFA versiyasına görə, 2006-2010-cu illərdə beş il ardıcıl planetin ən yaxşı qadın futbolçusu seçilsə də, heç vaxt dünya çempionu olmayıb. Ən yaxşı nəticəsi gümüş mükafatdır. Marta Braziliya milli komandasında keçirdiyi 128 oyunda 108 dəfə fərqlənib.

Marta indi ABŞ-ın “Orlando Prayd” klubunun formasını geyinir. Qadın futbolçu ildə 400 min dollar məvacib alır.

Son xəbərlər
Bütün xəbərlər »