Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Başıma 20 milyon dollar qoymuşdular”

Venesuela prezidenti Nikolas Maduro keçən il avqustun 4-də ona sui-qəsd üçün ayrılan konkret məbləği açıqlayıb. O, başına 20 milyon dollar qoyulduğunu deyib.

Bizimyol.info xəbər verir ki, Maduro hərbçilərin qarşısında çıxış edərkən sui-qəsddən danışıb. Çıxış “Twitter”də canlı yayımlanıb.

Maduro sui-qəsdin qarşısı almasına görə kəşfiyyatçılara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirib.

Venesuela Rabitə və İnformasiya Naziri Xorxe Rodrigesin dediyinə görə, Maduroya parad vaxtı sui-qəsd hazırlanmışdı. Paytaxt Karakasda onun dayandığı tribunaya pilotsuz partlayıcılar yönəldilmişdi. Sui-qəsdin qarşısı 7 qvardiyaçının yaralanması bahasına alınmışdı.

Son xəbərlər
Bütün xəbərlər »