Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya aclıq keçirən Şimali Koreyaya düyü göndərir

Şimali Koreyada quraqlıq ciddi aclıq təhlükəsi yaradır. Münasibətlər nə qədər soyuq olsa da, köməyə Cənubi Koreya gəlir.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreya şimallılara aclıqla mübarizə üçün 50 min ton düyü göndərmək qərarına gəlib. Cənub dövləti bundan əvvəl də belə addım atmışdı. BMT-yə Şimali Koreyaya ərzaq yardımı üçün 8 milyon dollar verilmişdi. Cənubi Koreya özü isə birbaşa köməyi axırıncı dəfə 9 il əvvəl etmişdi. Onda da KXDR-ə düyü göndərilmişdi. Sadəcə, indikindən 10 dəfə az – 5 min ton.

Şimali Koreyada aclıq çəkən uşaqlar Şimali Koreyada aclıq çəkən uşaqlar / Foto: express.co.uk

İyunun 5-də məlumat yayıldı ki, bu il Şimali Koreyaya meteoroloji müşahidələrin bütün tarixi ərzində ən az yağıntı düşüb. Quraqlıq KXDR sakinlərini aclıqla üz-üzə qoyub.

Son xəbərlər
Bütün xəbərlər »