Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat öz silahı ilə özünü güllələyib

Ukraynanın paytaxtı Kiyevdə Xalq Cəbhəsi fraksiyasından olan deputat, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk tapançanın təmizlənməsi zamanı açılan atəş nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

D.Tımçukun partiyadaşı Anton Geraşenko bildirib ki, həyat yoldaşının təcili yardım çağırmasına baxmayaraq, briqada gələnə qədər deputat ölüb.

Dmitri Tımçuk Dmitri Tımçuk

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir və hadisənin başvermə şəraitini aydınlaşdırır.

D.Tımçuk 1972-ci il iyunun 27-də Rusiyanın Çita şəhərində anadan olub. O, hərbi jurnalist işləyib, ehtiyatda olan polkovnik-leytenant idi.

Son xəbərlər
Bütün xəbərlər »