Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa dövlətləri Türkiyəyə qarşı birləşdi
avropa

Avropa İttifaqı Türkiyənin Şərqi Aralıq dənizində hidrokarbon axtarış fəaliyyətlərini qanundankənar dəyərləndirib.

Publika.az xəbər verir ki, ittifaqa daxil olan ölkələrin Xarici işlər nazirləri Avropa Komissiyasını Ankaraya qarşı tədbirlər görməyə çağırıb.

Lüksemburqda bir araya gələn nazirlər Türkiyənin Kipr adası ətrafında qazma işlərinin ciddi narahatlıq doğurduğunu dilə gətiriblər.

Avropa Komissiyasının üzvü Yohannes Han görüşdən sonra verdiyi açıqlamada Türkiyə məsələsinin toplantıda ana gündəm maddəsi olduğunu və Aİ-nin Türkiyəyə maliyyə yardımını kəsə biləcəyini deyib. Bundan başqa, Ankarada ali səviyyəli toplantıların keçirilməsi də dayandırıla bilər.

Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Çipras Aİ Şurasının sədri Donald tusk ilə telefonda müzakirələr aparmışdı. Görüşdə baş nazir Türkiyənin qazma fəaliyyətini gündəmə gətirərək Avropa İttifaqının bu enerji axtarışını qınamasını tələb etmişdi.

Paylaş »
››› Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› DİN-dən uşaqların oğurlanması xəbərləri ilə bağlı açıqlama
››› Metrostansiyada uçqun təhlükəsi: "Dəmir-beton konstruksiyalarda aşınmalar var"
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
Son xəbərlər
Bütün xəbərlər »