Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri bilinib

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Mərasimdə yarışa bu raunddan başlayan 4 klub və I təsnifat mərhələsinin 16 cütü iştirak edib. Bu cütlərin qaliblərinin də qatılacağı ikinci raundun cütlükləri bəlli olub. Həmçinin qeyri-çempion kimi yarışda iştirak edən 4 komanda da iki cütlük təşkil edib.

II təsnifat mərhələsinin oyunları iyulun 23-24 və 30-31-də keçiriləcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunları iyunun 25-də və 28-də, I təsnifat mərhələsinin qarşılaşmaları iyulun 9-10-da və 16-17-də baş tutacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

23-24 və 30-31 iyul

Çempionlar yolu

TNS (Uels)/İlkin mərhələnin qalibi - “Kopenhagen” (Danimarka)

BATE (Belarus)/"Pyast" (Polşa) - "Linfild" (Şimali İrlandiya)/"Rusenborq" (Norveç)

"Astana" (Qazaxıstan)/ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail)

"Ferensvaroş" (Macarstan)/"Lüdoqorets" (Bolqarıstan) - "Düdelanj" (Lüksemburq)/"Valletta" (Malta)

"Dandalk" (İrlandiya)/"Riqa" (Latviya) - "Partizani" (Albaniya)/"Qarabağ" (Azərbaycan)

"Şerif" (Moldova)/"Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya)

"Seltik" (Şotlandiya)/"Sarayevo" (Bosniya və Herseqovina) - "Nomme Kalyu" (Estoniya)/"Şkendiya" (Makedoniya)

"Suduva" (Litva)/"Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya)/"HB Torshavn" (Farer adaları)

"Slovan" (Slovakiya)/"Sutyeska" (Monteneqro) - APOEL (Kipr)

"Valyur" (İslandiya)/"Maribor" (Sloveniya) - "Ararat" (Ermənistan)/AIK (İsveç)

Qeyri-çempionlar yolu

“Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan)

PSV (Hollandiya) - “Bazel” (İsveçrə)

Son xəbərlər
Bütün xəbərlər »