Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal maliyyə bazarı FED-in ritorikasının yumşalmasın gözləyir

Bu gün Federal Ehtiyyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) növbəti iclası başa çatır.

“Report” xəbər verir ki, iclasın sonuncu günündə uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək. Tənzimləyisi sonuncu dəfə mayın 1-də uçot dərəcəsinin 2,25 - 2,5% səviyyəsində saxlanılmasına qərar vermişdi.

FED-in sədri Cerom Pauell martın sonunda tənzimləyicinin 2019-cu və 2021-ci illərdə uçot dərəcəsini artırmayacağını və bunu yalnız bir dəfə 2020-ci ildə etməyi planlaşdırdığını bəyan etmişdi. Mayda Pauell növbəti dəfə cari siyasətlərinə sadiq qaldıqlarının və dərəcənin hələ uzun zaman kəsiyində bu həddə saxlanacağının vurğusunu etdi. Lakin bu ayın əvvəlində FED rəhbərinin bəyanatında uçot dərəcəsinin mümkün azaldılmasına işarələr olundu. Bəyanat aylardır başda prezident Donald Tramp olmaqla ABŞ administrasiyasının nümayəndələrinin uçot dərəcəsinin hazırki səviyyəsinin iqtisadi artımı ləngitdiyini əsas gətirərək Pauellə dərəcənin endirilməsinə dair çağrışlar etməsi fonunda oldu.

“Report”un analitik qrupu hesab edir ki, iyundakı iclasda tənzimləyici uçot dərəcəsinə dəyişiklik etməyəcək. Lakin bu tənzimləyicinin novbəti dəfə dərəcənin aşağı salınmasına getməyəcəyi anlamına gəlmir. Belə ki, inflasiyanın zəifləməsi və Çinlə olan ticarət böhranı şəraitində ABŞ-da monetar siyasətin yumşaldılması labüddür. Yalnız uçot dərəcəsinin aşağı salınması ABŞ iqtisadiyatına ressesayadan yan keçməyə kömək edə bilər.

Bazarlar da bunu görür və artıq uçot dərəcəsinin azaldılması gələcək risklərə daxil edilib. Belə ki, FED-in dərəcəsinə bağlı olan fyuçerslərə görə bazar iyuldakı iclasda onun endirilməsi ehtimalını 85% həcmində dəyərləndirir.

Xatırladaq ki, 2008-ci ilin 16 dekabrda uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25% həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5%) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5%-ə kimi artırdı.

Son xəbərlər
Bütün xəbərlər »