Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir-birini təkrarlayan tibb müəssisələri bağlanıb"

“Səhiyyənin struktur və şəbəkə göstəricilərində çox ciddi dəyişikliklər həyata keçirilib. Son 15 il ərzində bir-birini təkrarlayan stasionar tibb müəssisələrinin 40 faizi bağlanıb”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, Sovet dövründən qalan çarpayı fondundakı 70 min çarpayıdan 30 600-ü ixtisar olunub: “Səhiyyə sahəsində islahatlar davam edir. İcbari tibbi sığortanın tətbiqi ərəfəsində də islahatlar davam etdiriləcək. Lazım olmayan tibbi müəssisələrin forması dəyişdiriləcək və yaxud da onlar bağlanacaq”.

Son xəbərlər
Bütün xəbərlər »