Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Maaşlar artırsa bazarlarda qiymətlər qalxacaq"
kassa-market

2019-cu ilin əvvəlindən əməkhaqları, pensiyalar, təqüdlər artırılır, nəticədə əhalinin gəlirləri artır. Dünən Prezidentin imzaladığı sərəncamlar ilə də, müəllimlərin, hərbiçilərin, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışanların əməkhaqları artırılıb. Bu məqsədlə büdcədən illik əlavə 1 milyard manat xərclənəcəkdir. Bir çoxları hesab edir ki, əhalinin gəlirlərinin artması inflyasiyanı yüksəldəcəkdir.

"Marja"nın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iddialara cavab verib. Onun sözlərinə görə, indiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz:

“Həmişə iqtisadçıları qorxudan bir məsələ var: Əhalinin gəlirləri artırsa inflyasiya yüksələ bilər. Onda sual ayarana bilər ki, əhalinin gəlirləri artırsa, bəs nə üçün inflyasiya 2,4%-dir və getdikcə aşağı düşür?! Səbəb ondan ibarətdir ki, bu sosial paketlərin emissiya effekti yoxdur (əlavə pul çap edilib dövriyyəyə buraxılmır - red). Biz iqtisadiyyatdan qazandığımız pulu xərcləyirik. Əgər qazanılmamış pul xərcləsəydik, iqtisadi artımdan çox gəlirləri artırsaydıq inflyasiya yüksələ bilərdi. Bu il təqdim edilən sosial paketlər 2019-cu ilin büdcəsində artıq oturub. Bu xərclərin gəlirləri təmin olunub. Gəlir təmin edilmədən xərclər artırılsa dövlət büdcəsinin kəsiri yaranar. Bu kəsir avtomatik inflyasiyaya gətirib çıxarda bilər. İndiki halda əhalinin gəlirlərinin artması inflyasiya təhlükəsi yarada bilməz. Əksinə inflysiya 2,4%-dir. İnflyasiyanın bu həddə olması iqtisafi inkişafa və sosial rifaha uyğun səviyyədir”.

Vüsal Qasımlı əlavə edib ki, bu il Azərbaycanda iqtisadi artım tempi 3% civarındadır. Amma dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorunun hesabına dah çox - 15-20% çox artır.

Paylaş »
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Stalin nə qədər pul qazanmışdı?
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Heç kimə xəbər vermədən 7 qadınla evləndi: Həftənin hər gününü bir qadınla keçirirmiş
Son xəbərlər
Bütün xəbərlər »