Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-Çin ticarət danışıqları bərpa edilir

Donald Trampın Xi Jinpinglə görüşü gözlənilir

ABŞ və Çin prezidentlərinin gələn həftə Yaponiyada bir müddətdir ki, çıxılmaz vəziyyətdə olan ticarət müzakirələrini yenidən başlatmaq üçün görüşəcəkləri bildirilib. Maliyyə bazarlar bu xəbərlə yüksəlib.

ABŞ Prezidenti Donald Tramp, Çərşənbə axşamı günü etdiyi açıqlamada, Çinli həmkarı Xi Jinping ilə "çox gözəl" bir telefon danışığı həyata keçirdiyini söyləyib. Liderlər 28-29 İyunda Osakada "geniş miqyaslı" bir görüş keçirəcəklər. Prezident Tramp Twitter üzərindən verdiyi bəyanatda "Ticarət nümayəndə heyətlərimiz görüşlərə Xi ilə keçirəcəyim görüşdən əvvəl başlayacaqlar" - deyib.

ABŞ Prezidenti Donald Tramp, daha əvvəl dəfələrlə Çini, Prezidenti Xi Jinping G-20 zirvəsində onunla görüşmək imkanını rədd etməsi vəziyyətində gömrük rüsumlarını artırmaqla təhdid etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »