Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maskalı şəxs evə basqın edərək qadını bıçaqlayıb

Bakıda evə basqın olub.

"Report" xəbər verir ki, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 55 yaşlı S.Süleymanovanın yaşadığı evə gecə saatlarında naməlum şəxs daxil olub. Maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirərək onun 600 manat pulunu götürərək hadisə yerindən qaçıb.

Zərərçəkənin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »