Bazar , 21 İyul, 2019
Baş səhifə / İdman / Keçmiş UEFA prezidenti Mişel Platini azadlığa buraxılıb

Keçmiş UEFA prezidenti Mişel Platini azadlığa buraxılıb

33 Views

Mişel Platini

UEFA prezidenti Mişel Platini azadlığa buraxılıb.

APA-nın məlumatına görə, fransalı DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı ifadə verib.

Bildirilir ki, M.Platini həbs olunmayıb və ittiham edilmir, sadəcə dindirilmək üçün saxlanılıb. Hərçənd Fransa millisinin sabiq futbolçusu və baş məşqçisinin dünən saxlanılmasından sonra onun da DÇ-2022 ilə bağlı korrupsiyada şübhəli bilindiyi iddia olunurdu.

Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. 2015-ci il oktyabrın 8-də fransalı vəzifəsindən 90 günlük kənarlaşdırılıb. Həmin ilin dekabrında isə M.Platini 8 illik diskvalifikasiya alsa da, 2016-cı ilin mayında bu müddət 4 ilə endirilib.