Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın ən yaşlı insanı vəfat etdi

İtaliyanın və Avropanın ən yaşlı insanı sayılan Cuzeppina Robuççi 116 yaşında həyatla vidalaşıb. İtalyan qadın valideynlərinin Poco-İmperialedəki evində gözlərini əbədi yumub.

Bizimyol.info xəbər verir ki, Cuzeppina Robuççi həmin şəhərin fəxri meri sayılırdı. 2012-ci ildə bu ada layiq görülmüşdü.

Robuççi həm də dünyanın ən yaşlı ikinci qadını idi. Yapon Kane Tanaka kimi o da 1903-cü ildə doğulmuşdu. Sadəcə, Tanaka yanvarın 2-də, Robuççi isə martın 20-də dünyaya gəlib.

Poco-İmperialenin meri Alfonso D'Aloizio deyir: “Təəssüf içindəyik. Biz belə bir insanın şəhərimizdə yaşaması ilə fəxr edirik”.

Cuzeppina hər iki dünya müharibəsini görmüşdü. O, uzun illər əri ilə birlikdə trattoriyada işləyib. Cuzeppinanın 5 övladı, 9 nəvəsi, 16 nəticəsi qalıb.

Son xəbərlər
Bütün xəbərlər »