Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona”: “Neymar qayıtmaq istəyirsə, üzr istəsin”

“Barselona” braziliyalı futbol ulduzu Neymar da Silvanın geri qayıtmasının əleyhinə deyil. Bir şərtlə ki, indi PSJ-də oynayan hücumçu üzr istəsin.

Bizimyol.info xəbər verir ki, “Barselona” braziliyalının 2017-ci ildəki hərəkətini unutmayıb. Onda Neymar klubdan qalmaqalla getmişdi. “El Chiringuito” nəşrinin yazdığına görə, “Barselona” keçmiş futbolçusunu üzr istəməyə məcbur etməkdə israrlıdır.

PSI Neymarı o vaxt 222 milyon avroya almışdı. Amma hücumçu Parisdə özünü bir o qədər rahat hiss etmir. Fransa çempionluğunu nəzərə almasaq, böyük uğurları da olmayıb.

“Barselona”da hesab edirlər ki, Neymar o vaxt klubu həm də xərcə salmağa çalışıb. Futbolçu və onun agenti olan atası keçidi maksimum yubadırdı ki, Kataloniya klubundan pul qoparsınlar.

Son xəbərlər
Bütün xəbərlər »