Bazar , 21 İyul, 2019
Baş səhifə / Araşdırma / Boşanma uşaqların kilo almasına səbəb olur

Boşanma uşaqların kilo almasına səbəb olur

32 Views

İngiltərədə aparılan bir araşdırma valideynləri boşanan uşaqların digər uşaqlara nisbətən kilo almağa daha çox meylli olduqlarını ortaya qoyub.

Moderator.az xəbər verir ki, araşdırmaya görə, valideynləri boşanan, xüsusilə 6 yaşın altındakı uşaqlar daha çox kilo alır.

Nəticələri “Demography” jurnalında nümayiş olunan araşdırma çərçivəsində 2000 ilə 2002-ci illər arasında İngiltərədə doğulan 7574 uşağın məlumatları araşdırılıb. Uşaqların müvafiq 9 aylıq; 3, 5, 7, 11, 14 yaşlarındakı göstəricilərinə baxılaraq boy, çəki, yaş və cinsiyyətlərinə baxılaraq bədən kütlə indeksləri hesablanıb.

İş təkcə uşaqların bioloji ata-analarının ayrılmasının nəticələrinə yönəldilib və daha sonra birləşən ailələrin uşaqları araşdırma içində yer almayıb.

Tədqiqatda uşaqların valideynlərinin boşandığı 24 ay ərzində ana-ata ilə birlikdə olan uşaqlara nisbətən daha çox kilo aldıqları müəyyənləşdirilib.

Valideynləri ayrılmış uşaqların boşanmadan sonrakı 36 ay ərzində çox kiloqramlı, ya da obez olmaları ehtimalının da artdığı müəyyən edilib.