Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski alman jurnalına müsahibəni pilləkəndə oturaraq verib

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın məşhur “Bild” qəzetinə müsahibə verib. Maraqlıdır ki, prezident jurnalistlərin suallarını pilləkəndə əyləşərək cavablandırıb.

Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşün baş tutacağı təqdirdə “Donbas və Krım Ukraynanındır” cümləsiylə nitqinə başlayacağını bildirib:

“Vladimir Putin ilk olaraq bunu bilməlidir - Donbas və Krım Ukraynanındır. Krım Ukraynadır”.

Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair sualı cavablandıran Zelenski bildirib ki, bunun üçün Ukrayna müəyyən inkişaf yolu keçməlidir. O ölkəsinin NATO-ya etibarlı tərəfdaş olduğunu da vurğulayıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »