Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən Zelenskiyə cavab: “Putinlə yox, donbaslılarla danışmaq lazımdır”

“Ukrayna Prezidenti Vladimir Zelenski Donbası regionun sakinləri ilə müzakirə etməlidir. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov Dmitri Peskov

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Putinlə görüşəcəyi təqdirdə işlədəcəyi sözlərə də münasibət bildirib.

“Biz Ukrayna Prezidentinin işlətdiyi o ifadələri gördük. Donbasla bağlı Putinlə yox, oranın sakinləri ilə danışmaq lazımdır. Krımla bağlı isə deyiləcək bir şey yoxdur”.

O, həmçinin Rusiya Prezidentinin Zelenski ilə görüşəcəyi təqdirdə ilk işlədəciyi ifadələrlə bağlı deyib ki, Putin həmişə söhbətə “doğru ifadələrlə” başlayır.

Azvision.az xatırladır ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi təqdirdə söhbətə hansı sözlə başlayacağını açıqlayıb. Zelenski görüşə “Donbas və Krım Ukraynanındır” cümləsi ilə başlayacağını bildirib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »