Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada azərbaycanlı müğənni həbs olunub
Rusiya paytaxtında azərbycanlı müğənni həbs olunub.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı müğənni Rizvan Əliyev polis tərəfindən saxlanılıb. O, ev yandırmaqda və soyğunçuluqda şübhəli bilinir.

İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. Onun sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yazdığı bildirilib.

Masajçı polisə ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. O, evdən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını bildirib.

Şübhəli qismində müğənni Rizvan Əliyev saxlanılıb. Onun törətdiyi əməli etiraf etdiyi bildirilib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »