Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadının əlini və ağzını bağlayaraq evini qarət ediblər

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »