Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada əhali kəskin azalacaq: 45 milyon nəfər azalma gözlənilir

BMT-nin hesabatına görə, 9 ölkədə əhali çox artacaq. Bəzi ölkələrdə isə kəskin azalma olacaq.

Bizimyol.info xəbər verir ki, Rusiyanın əhalisinin ən çox azalan dövlətlərdən olacağı bildirilir. İndi 145 milyon nəfər yaşayan ölkədə say 100 milyon həddindən aşağı düşəcək. 2078-ci ildə burada 99,7 milyon nəfərin yaşaması gözlənilir.

Əlbəttə, bədbin proqnozdur. Amma nəzərə alaq ki, BMT-nin proqnozları, adətən, özünü doğruldur. Nikbin proqnoz Rusiya əhalisinin 160 milyon nəfərə çatacağını bildirir.

Birləşmiş Millətlər Təşkilatı Birləşmiş Millətlər Təşkilatı | Foto: Pixabay.com

Mütəxəssislərin rəyinə görə, indi Rusiyada kişi-qadın nisbəti 86,4-ün 100-dir. 2060-cı ildə göstərici 90,2-100 nisbətində olacaq.

Rusiya əhalisi əsrin sonuna qədər “qocalacaq”. İndi ölkədə yaşayanların orta yaşı 39,6-dır. Artıq 2035-ci ildə rəqəm 44-ə çatacaq. Mayda Moskva və bütün Rusiya patriarxı Kirill bildirmişdi ki, abortdan imtina Rusiya əhalisini yaxın 10 ildə 156 milyon, 20 ildə isə 166 milyon nəfərə çatdıra bilər.

Son xəbərlər
Bütün xəbərlər »