Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərimanov rayonunda ağac "qətliamı" - Foto

Bakının Nərimanov rayonunda ağaclar kütləvi şəkildə kəsilib.

Redaksiyamıza müraciət edən oxucu Nərimanov rayonunda ağacların budanması adı ilə kütləvi şəkildə kəsilməsindən şikayət edib. O bildirib ki, ağaclar kəsildikdən sonra həmin ərazidə yaşayış binası tikiləcək.

Milli.Az oxucunun məktubunu olduğu kimi təqdim edir:

agac kesenler 777

"Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yisifov küçəsində ( H.Əliyev prospekti, saatlı binanın arxa tərəfii )gözəl kiçik bir məhəllə var. Orada 150-ə yaxın ağac var. Həmin həyətdə ağaclar budanmaq adı ilə kökündən kəsilir. Artıq 15-a qədər ağac kəsilib. Ağacların əksəriyyəti nömrələnmişdir. Gerçək səbəb isə hündürmərtəbəli yaşayış binasının tikintisidir. Həmin həyətə ağacların kölgəsindən gün işığı düşmürdü. İllərlə böyüyb başa çatan ağaclar bir neçə saat içərisində məhv edilir".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" ilə bağlı qərarına əsasən diametri 4 sm-dək olan 1 ağac tikinti məqsədilə kəsildikdə 160 manat, digər məqsədlərlə kəsildikdə isə 80 manat ödəməlidirlər. Ağacın diametri artdıqca cərimənin məbləği də artır. Diametri 36 sm-dən artıq olan ağacın kəsilməsinə görə 800 manat cərimə müəyyən edilib.

Son xəbərlər
Bütün xəbərlər »