Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda itkin düşmüş azərbaycanlı qadın tapılıb

Qazaxıstanın Almatı şəhərindən eyniadlı vilayətin İliyski rayonunun Aşibulaq qəsəbəsinə gedən yolda üç həftə əvvəl itkin düşmüş 40 yaşlı Azərbaycan vətəndaşı Bəturə Məmmədova tapılıb.

Bu barədə "Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir.

Polisdən bildirilib ki, axtarılan şəxsin qətlə yetirilməsi və soyğuna məruz qalması ilə bağlı əsaslı şübhələr oyadan iki nəfər - ər-arvad saxlanılıb. Məlumata görə, Almatıda yaşayan cütlük icarəyə götürdükləri avtomobillə sərnişin daşımaqla məşğuldur və mayın 27-də B.Məmmədova məhz həmin maşına əyləşib. Şübhəlilər artıq qadını harada basdırdıqlarını da söyləyiblər.

İki uşaq anası olan B.Məmmədova Almatıda gözəllik salonunda kosmetoloq kimi fəaliyyət göstərib. Qohumlarının sözlərinə görə, o, son dəfə evə qayıtdığını deyərkən əlaqəyə çıxıb. İtkin düşdüyü gün həmyerlimizin üzərində böyük məbləğdə pul və qiymətli bər-bəzək əşyaları olub.

Qətl faktı üzrə ekspertiza təyin edilməsi ilə məhkəməyəqədər istintaq başladılıb.

Son xəbərlər
Bütün xəbərlər »