Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AtaBank” və “UnionPay” arasında tərəfdaşlıq müqaviləsi imzalandı
Bu gün "Excelsior" hoteldə " AtaBank" ASC və "UnionPay İnternational" şirkətinin birgə iştirakı ilə mətbuat konfransı keçirildi.

Tədbirdə dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay İnternational" şirkəti ilə AtaBank" ASC arasında təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalandı.

“Bizimyol.info” xəbər verir ki, tərəfdaşlıq çərçivəsində "AtaBank"ın bankomat və POS-terminallarında emissiya etdiyi kartların sayına görə lider olan UnionPay İnternational kartları ilə əməliyyatlar etmək mümkün olacaq.

Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyevin sözlərinə görə əsasən bank kapitalı sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə məhz “AtaBank" tərəfindən həyata keçirilib: “ Hazırda bankımızın Bakıda və regionlarda 31 filial və çöbəsi, 81 ATM və 18,000 POS- terminalı əhatə edən xidmət şöbəsi fəaliyyət göstərir. “Atabank” 1993 –cü ildən fəaliyyət göstərir. Göstəricilərinə görə Azərbaycanda lider banklardan biri olaraq, 144,7 milyon manat məcmu kapitalı ilə ölkə bankları arasında bu göstərici üzrə 4-cü yerdədir. “AtaBank”da fiziki şəxslərin əmanətləri 225,5 milyon manat təşki edir ki, bu göstəriciyə görə də bank 6-cı yeri tutur. Ötən illə müqayisə etsək, “AtaBank”-ın aktivləri 30,4%-ə yaxın artaraq , 610 milyon manata çatıb. Aktivlərinə görə isə 9-cü böyük bankdır”.

Qeyd edək ki, UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir. Kartların ümumi sayı 5 milyarddan artıqdır. Bunlardan 70 milyonu Çinin şəhərlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »