Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat vəkillərin sayının artırılmasını təklif edib
"Vəkilliyin nüfuzunun dirçəlişi, bir müddət əvvəl vəkillə polis arasında yaranan insidentə münasibətdə müşahidə olundu".

"Report"un xəbərinə görə, bunu vəkilliyə namizədlərin andiçmə mərasimi ilə bağlı tədbirdə deputat Fazil Mustafa deyib.

Onun fikrincə, vəkillərin sayı o həddə artırılmalıdır ki, vətəndaşlar hüquqi yardımdan kənarda qalmasınlar: "Vəkillik o dərəcədə əlçatan olmalıdır ki, vətəndaşlar problemləri ilə bağlı onlara müraciət edə bilsinlər. Bura maddi tərəf də daxildir, ona görə də vəkillərin vergi yükünün azalması məsələyə müsbət təsir göstərə bilər".

Son xəbərlər
Bütün xəbərlər »