Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dedi-qodulara görə komandadan üz döndərməyin”
“Toplanışın başlanğıcı olduğu üçün əsas diqqət fiziki hazırlığa yönəlib. Hazırlıq prosesində çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq”.

APA-nın məlumatına görə, bunu "Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi komandanın Türkiyədə keçirilən hazırlıqları barədə fikirlərini açıqlayıb. O, komandaya yeni qoşulan futbolçular barədə də danışıb: “Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər”.

E.Mahmudov kapitanı olduğu klubun rəsmi saytına müsahibəsində azarkeşlərə səslənib: “Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəyəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur. İndi gurultulu bəyanatlar verməyəcəyəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır. Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər”.

Son xəbərlər
Bütün xəbərlər »