Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İşıqforlar “5G” siqnallarını ötürəcək
5_g_0288
Yaponiyada svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək. Bu barədə ölkənin "NHK" telekanalı məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya hökuməti tərəfindən "5G" mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Çətinlik ondan ibarətdir ki, bu vəzifənin həyata keçirilməsi üçün hazırda mövcud olandan daha çox antena qurğuları tələb olunur. Problemin həlli üçün hökumət ölkə ərazisində 200 min işıqfora xüsusi avadanlıq quraşdırmaq niyyətindədir. Bu, "5G" şəbəkəsini daha tez tətbiq etməyə və xərcləri xeyli azaltmağa imkan verəcək.

Bundan başqa, svetoforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Paylaş »
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› DİN Əli Kərimlinin fikirlərinə cavab verdi - Video
››› Əli Kərimli saxlanılıb
››› Polis İdarəsi Bakıda keçirilmiş askiya ilə bağlı məlumat yayıb
››› “26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?
Son xəbərlər
Bütün xəbərlər »