Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkü atılacaq

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. Bu, püşkatmaya bir gün qalmış baş verib.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

İyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Oyunlar isə iyulun 11-də və 18-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »