Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT dünya əhalisi ilə bağlı proqnoz açıqladı

BMT-nin dünya əhalisi ilə  bağlı proqnozları zamanla göstərir ki, hesabatlarına ciddi əhəmiyyət vermək lazımdır. Beynəlxalq təşkilat növbəti hesabatını yayıb.

Bizimyol.info xəbər verir ki, hesabata görə, yaxın 30 ildə dünya əhalisi daha 2 milyard nəfər artacaq. Yəni 2050-ci ilə qədər planetdə təxminən 9,7 milyard insan yaşayacaq. Əsrin sonuna qədər isə dünya əhalisi 11 milyard nəfər olacaq.

Birləşmiş Millətlər Təşkilatı Birləşmiş Millətlər Təşkilatı | Foto: Pixabay.com

Hesabatda bildirilir ki, yaxın 30 ildə əhali artımının yarısı 9 ölkənin – Hindistanın, Nigeriyanın, Pakistanın, Konqo Demokratik Respublikasının, Efiopiyanın, Tanzaniyanın, İndoneziyanın, Misirin və ABŞ-ın payına düşür. Hindistan 2027-ci ildə Çini geridə qoyacaq və beləcə, dünyanın ən çox insan yaşayan ölkəsinə çevriləcək.

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamenti qeyd edir ki, dünya əhalisi “qocalır”. Çünki insan pmrü uzanır. Üstəlik, bir çox ölkələrdə əhali azalır.

Son xəbərlər
Bütün xəbərlər »