Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quş ətinin zərəri ortaya çıxdı

“Quş əti sağlam zülal mənbəyi sayılır. Amma yeni nəşr olunmuş tədqiqat gösrərir ki, bu, xurafatdan başqa bir şey deyil: ağ ət də qırmızı ət kimi qandakı xolestorin səviyyəsinə yalnız mənfi təsir göstərir”, - Almaniyanın “Focus” jurnalındakı yazı belə başlayır.

Bizimyol.info xəbər verir ki, yazıda quş ətinin zərərindən bəhs olunur. “American Journal of Clinical Nutrition” elmu jurnalında dərc olunan araşdırmada San-Fransisko Universitetinin alimləri quş ətinin qandakı xolestorinə təsirinin nəticələrini ictimaiyyətə təqdim ediblər. 100-dən çox 21-65 yaş arası kişi və qadın bir aydan çox üç pəhrizlə qidalanıb: ağ ətlə, qırmızı ətlə, ətsiz. Könüllülərə istədiklərini qidadan da istifadəyə icazə veriblər. Qırmızı ət kimi mal, ağ ət kimi toyuq ətindən istifadə olunub. Pəhrizin əvvəlində və sonunda araşdırma iştirakçılarından analiz götürülüb.

Analizlər göstərib ki, qırmız və ağ ət yeyənlərin qanındakı xolestorində fərq yoxdur. Bitki mənşəli zülal istifadə edənlərdən başqa. Onlarda xolestorin daha az çıxıb. Deməli, qırmızı ət əvəzinə quş əti yeməklə bağlı məsləhətlər heç bir məntiqə söykənmir.

Son xəbərlər
Bütün xəbərlər »