Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbol oyununda 39 qol vuruldu

Futbol oyunlarında, adətən, çox qol vurulmur. Hər halda, şaybalı və ya otüstü hokkeydən az olur. Amma bir futbol oyununda 39 qol vurulub.

Bizimyol.info xəbər verir ki, Makao kubokunun “Ka Ay” – “Hanq Say” görüşü 21:18 hesabı ilə başa çatıb. “Macau Daily Times” nəşrinin yazdığına görə, futbolçular bilərəkdən qapılarından çox top buraxıblar. Onlar bu yolla Makao Futbol Federasiyasının milli komandanı Şri-Lanka ilə səfər oyununa yollamamaq qərarına etiraz ediblər.

Makao ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə məşğub etmişdi. Şri-Lankada yaranmış gərgin siyasi duruma görə Makao Futbol Federasiyası risk etmək istəmir. Radikal qüvvələrin hücumları Şri-Lankanı təhlükəli əraziyə çevirib.

Federasiyanın qərarından sonra Makaonun bəzi futbolçuları milli komandadan imtina etdiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »