Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Totti 30 ildən sonra "Roma"nı tərk edib

İtaliyanın "Roma" komandasının sabiq futbolçusu Françesko Totti klubu tərk edib.

"Report" "Fotball Italia"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisində direktor vəzifəsində çalışan sabiq hücumçu qərarını keçirdiyi mətbuat konfransında açıqlayıb.

Totti bildirib ki, bu qərarı vermək asan olmayıb: "Mən istefa məktubu yazdım. Hazırkı vəziyyəti nəzərə alsaq, hesab edirəm ki, düzgün qərardır. Lakin mənim üçün çox çətin oldu. Belə qərar vermək mənim günahım deyil. "Roma"nı sevmək və dəstəkləmək lazımdır. Prezidentlər, direktorlar dəyişir, klubun rəngləri eyni qalır. Burada birlik olmalıdır".

Təcrübəli oyunçu klubda ona funksioner kimi özünü sübut etmək imkanının verilmədiyini söyləyib: "Əsas qərarlar mənsiz qəbul edilirdi. "Roma"nın bütün azarkeşlərinə minnətdaram və əlbəttə ki, komandanı dəstəkləyəcəyəm. Klubun hazırkı vəziyyətinə görə üzüldüm. Klubun prezidenti dəyişsə, qayıtmağa hazıram".

Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992 - 2017) paytaxt təmsilçisinə həsr edib.

İtaliyalı forvard "canavarlar"ın heyətində bir dəfə İtaliya çempionluğu və iki dəfə ölkə kubokunun qalibi olub. İki dəfə də ölkə Super Kubokunun qalibi olan Totti 2017-ci ildə karyerasını bitirəndən sonra klub strukturunda vəzifə alıb.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »