Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qolan təpələrində Trampın adına qəsəbə salınır

Qolan təpələrində ABŞ Prezidenti Donald Trampın adını daşıyan yaşayış məntəqəsinin təməli qoyulub.

Virtualaz.org xatırladır ki, Ramat Tramp (Tramp təpələri) adlı qəsəbə ABŞ Prezidentinin İsrailin Qolan təpələrindəki hakimiyyətini tanımasına təşəkkür jesti olaraq salınacaq.

Təməlqoyma mərasimində İsrail Baş naziri Binyamin Netanyahu, prezidenti Reuven Rivlin və digər hökumət nümayəndələri iştirak ediblər.

ABŞ Prezidenti D.Tramp artıq öz “Twitter” səhifəsində bu jestə cavab verib: “Netanyahu və İsrailə təşəkkür edirəm. Bu mənim üçün böyük şərəfdir”.

Son xəbərlər
Bütün xəbərlər »