Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Albaniya və Şimali Makedoniya ilə danışıqlara hazırlaşır

“Avropa İttifaqı yaxın zamanda Albaniya və Şimali Makedoniyanın ittifaqa daxil olmasına dair danışıqlara başlamalıdır”.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən öncə bildirib.

“Bu gün Prespa sazişinin imzalanmasından bir il ötür. Bu saziş siyasətçilərin siyasi liderliyini və cəsarətini nümayiş etdirdi. Ümid edirəm ki, Avropa İttifaqı ölkələri bu nümunəni nəzərə alacaqlar. Hesab edirəm ki, Albaniya və Şimali Makedoniya ilə danışıqlar mümkün qədər tez başlamalıdır”, - deyə F.Moqerini vurğulayıb.

Qeyd edək ki, Prespa sazişinə əsasən, Makedoniyanın adı Şimali Makedoniyaya dəyişdirilib.

Son xəbərlər
Bütün xəbərlər »