Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Real" növbəti ulduzu transfer edir

Növbəti mövsümdə “Real”ın Avropanın ən güclü heyətlərindən biri ilə meydana çıxacağı gözlənilir.

İndiyə qədər transfer bazarında 303 milyon avro xərcləyən Madrid klubu dayanmaq bilmir. “Real” daha bir ulduzu iyulun 1-də gətirəcək.

Pol Poqba Pol Poqba | Foto: Getty Images

Bizimyol.info xəbər verir ki, İspaniya nəhəngi Pol Poqbanın transferini hazırlayır. Böyük ehtimalla Fransa milli komandasının və “Mançester Yunayted”in 26 yaşlı futbolçusu Madridə iyulun 1-də gələcək. Poqba o vaxta qədər məzuniyyətdədir. Transferin 150 milyon avroya başa gələcəyi ehtimal edilir. Hərçənd, “Mançester Yunayted” futbolçu ilə yollarını ayırmaq istəmir.

Eden Azar Eden Azar

“Real” artıq son mövsüm başa çatandan sonra heyətinə beş yeni futbolçu çəlb etməyə imkan tapıb. Onların arasında ən çox diqqət çəkəni dünya çempionatının gümüş mükafatçısı Eden Azardır. “Çelsi”dın gələn belçikalı indi Avropanın ən yaxşı formada olan oyunçularından sayılır.

Son xəbərlər
Bütün xəbərlər »