Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ünvanlı sosial yardım qaydalarını dəyişir

Rusiyada yoxsullara sosial yardım verilməsi şərtləri dəyişdirilir. Çox kasıb olmayanlara yardımı kəsəcəklər.

Bizimyol.info xəbər verir ki, Rusiyada yoxsulluğun səviyyəsinin aşağı salınması tədbirləri çərçivəsində belə qərara gəliblər. Çox kasıb həyat yaşamayanlara verilən ünvanlı sosial yardımlar yoxsullara yönəldiləcək. Pilot layihənin birinci mərhələsindən sonra belə qərar qəbul olunub. Bostanı, bir az geniş yaşayış sahəsi olanlara yardım vermək istəmirlər.

Rusiya Əmək Nazirliyinə Kabarda-Balkariyadan, Tatarıstandan, Primorsk, İvanovsk, Lipetsk, Nijeqorodsk, Novqorodsk, Tomsk vilayətlərindən hesabatlar daxil olub. Bölgələrdə hesab edirlər ki, yardımsız keçinə bilənlərə bu cür köməyi dayandırmaq lazımdır. Məsələn, İvanovsk məmurları bildirib ki, bəzi kasıblar lap tənbəldir, əkib-becərmir, torpaq sahəsindən məqsədyönlü istifadə etmir.

Başqa bölgələrin məmurları da fərqli fikir söyləmir. Qayığı və ya bir az böyük mənzili olanların yardımının kəsilməsindən danışırlar. Rusiya Kənd Təsərrüfatı Akademiyasının hesabatına görə isə, sosial yardım alanların 53 faizi heç də yoxsul deyil.

Son xəbərlər
Bütün xəbərlər »