Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Test imtahanında iştirak üçün 817 nəfər qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanında iştirak üçün namizədlərin qeydiyyatı davam edir.

DİM-dən APA-ya verilən məlumata görə, iyunun 17-si saat 10:50-yə olan məlumata görə, test imtahanında iştirak etmək üçün 817 nəfər (BA-205, BB-612) qeydiyyatdan keçib. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat iyunun 20-si saat 18:00-dək aparılacaq.

Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »