Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ İrana dəstəyini bir daha vurğulayıb

"Avropa İttifaqı Xarici Siyasət Xidmətinin baş katibi Helqa Şmidin İrana səfəri Avropa İttifaqının Birgə Əhatəli Fəaliyyət Planına (BƏFP) dəstəyinin göstəricisidir".

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin bu gün yaydığı açıqlamasında qeyd edilir.

“Birgə Əhatəli Fəaliyyət Planı öz başlıca məqsədi - İranın nüvə silahı üçün lazım olan materialı və təchizatı əldə etməməsi üçün çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyi 15 hesabatında təsdiqləyib ki, İran nüvə üzrə öhdəliklərinə əməl edir”, - deyə açıqlamada bildirilir.

Məlumata görə, İrana səfəri zamanı H.Şmid ölkə ilə qanuni ticarətin davam etdirilməsi üçün Avropa İttifaqının göstərdiyi səyləri müzakirə edib.

Qeyd edək ki, Aİ Xarici Siyasət Xidmətinin baş katibi ötən həftə İrana səfər edib.

Son xəbərlər
Bütün xəbərlər »