Türkiyəli müğənni Zerrin Özerin dünən toyu olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi 34 yaşlı Murat Akınca adlı şəxslə ailə qurub. Toy Özerin villasının bağçasında baş tutub. Toy mərasimində 100-ə yaxın adam iştirak edib.
Zerrin Özer bir neçə ay əvvəl verdiyi müsahibəsində "Çox yaxında yaxşı xəbər eşidəcəksiniz... Evlilik təklifi aldım, uzun müddətdir münasibətim var, heç bir zaman birlikdə görünməmişik. Münasibətlərimiz iki il əvvəl başlayıb. O, qəlbimin və yolumun yoldaşıdır. Ona aşiqəm, evlilik təklifini qəbul etdim, bir neçə ay sonra nikah masasında oturacağıq", - deyə açıqlama vermişdi.