Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜTT-nin 110-cu sessiyasına start verildi

Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının növbəti 110-cu sessiyası öz işinə başlayıb.

İki gün davam edəcək mötəbər tədbirin Bakıda keçirilməsi barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniya Krallığının San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında verilib.

Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə Ümumdünya Turizm Təşkilatı arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

40-dan artıq ölkədən tədbirə təşrif buyuracaq dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir./trend/

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
Son xəbərlər
Bütün xəbərlər »