Şənbə , 20 İyul, 2019
Baş səhifə / Daycest / Stüardessa işləyən sevgilisindən qisas almaq istədi ömürlük cəza aldı

Stüardessa işləyən sevgilisindən qisas almaq istədi ömürlük cəza aldı

45 Views

teyyare reys

Hindistanda sevgilisini daha çox görə bilmək üçün təyyarənin tualetinə “Təyyarədə 12 quldur və partlayıcılar var” yazılmış kağız qoyan bir iş adamına ömürlük həbs cəzası verilib.

APA “BBC news”a istinadən xəbər verir ki, Birju Salla sevgilisini Mumbaya köçməyə razı sala bilmədiyi üçün onun çalışdığı təyyarə şirkətinin imicini zədələmək və sevgilisinin işsiz qalmasına nail olmaq üçün belə hərəkət etdiyini açıqlayıb.

Məhkəmə ona 720 min dollar təzminat cəzası da kəsib.
2017-ci ilin oktyabr ayında Yeni Delhi-Mumbay reysi üzrə uçan “Jet Airways” təyyarəsi Sallanın məktubu ucbatından təcili surətdə başqa bir şəhərə enmək məcburiyyətində qalmışdı.