Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Otelin kanalizasiyasında 7 nəfər boğulub öldü

Hindistanda otellərdən birinin kanalizasiya sistemində yaranmış problemi aradan qaldırarkən 7 nəfər ölüb. Bu barədə BBC məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, hadisə Ucarat ştatında, Fartikuy yaşayış məntəqəsində yerləşən “Darşsan” adlı oteldə baş verib. Yerli işçilərdən biri kanalizasiyanı təmizləyirmiş. Bir xeyli keçəndən sonra işçilər onun yoxluğunun fərqinə varıb. Üç nəfər assenizator (kanalizasiya işçiləri) və otelin daha üç əməkdaşı onu axtarmağa başlayıb, bu məqsədlə kanalizasiyaya düşüblər. Nəticədə 7 nəfərin hamısı kanalizasiyada zəhərli qazdan boğulublar.

Yerli qəza xidmətinin əməkdaşları onların meyitlərini təxminən üç saatdan sonra çıxarıb.

Otelin sahibi həbs olunub.

Hindistanda son 10 ildə bu yolla təxminən 1800 assenizatorun öldüyü bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »