Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Londonun bələdiyyə sədrinə “beynəlxalq utanc” dedi

Amerika prezidenti Donald Tramp Londonun ilk müsəlman bələdiyyə sədri Sadiq Khanı növbəti dəfə Twitter hesabı üzərindən hədəf alaraq, “beynəlxalq bir utanc” adlandırıb və onun İngiltərənin paytaxtını məhv etdiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp bu açıqlamaları Londonda 24 saat ərzində, toplam 3 nəfərin öldüyü və üç nəfərin də yaralandığı hücumlardan sonra verib.

Ana müxalifətdəki İşçi Partiyasının lideri Ceremi Corbin isə bu çıxışa cavab olaraq bildirib ki, Trampın cinayətə qurban gedən insanları bələdiiyə sədrinə hücum etmək üçün istifadə etməsi sözün böyük mənasından qorxuncdur.

Bu iki şəxs arasında son olaraq Amerika prezidenti Trampın London səfərində söz atışması yaşanmışdı. Tramp "Sadiq Khan tam bir zavallı" deyərkən, Khan da buna cavab olaraq, “Bu kimi uşaq hərəkətlər Amerika prezidentinə yaraşmır” mesajını vermişdi.

Tramp nə dedi?

Tramp Sadiq Khanı hədəf aldığı çıxışını, sağçı bir televiziya şərhçisi olan Keyt Hopkinsin tweetini paylaşarkən edib. Hopkins o tweetində Londonu söz oyunu ilə Əfqanıstana bənzədirdi.

Amerika prezidenti öz paylaşımlarında isə Khanın adını açıq şəkildə yazaraq, onu “beynəlxalq bir utanc” adlandırıb, Londonun isə yeni bir bələdiyyə sədrinə ehtiyacı olduğunu iddia edib.

Sadiq Khan isə Trampa birbaşa cavab verməyib. Əvəzində onun sözçüsü aşağıdakı kimi təmkinli bir cavab yazıb: “Bələdiyyə sədrinin ağlı hazırda qurbanların ailələrindədir. Belə tvetlərə cavab verərək, vaxtını boşuna xərcləməyəcək”.

Sadiq Khan daha sonra Twitter paylaşımında isə aşağıdakıları yazıb: “Şiddət cinayətinin bu şəhərdə yeri yoxdur. Mənim üçün londonluların təhlükəsizliyindən daha önəmli bir mövzu yoxdur”.

Musavat.com xatırladır ki, London polisi beş ayrı hücum hadisəsi ilə bağlı aralarında yetkinlik yaşına çatmayan qız və oğlanların olduğu 14 nəfəri gözaltına alıb. Paytaxtın fərqli nöqtələrində baş tutan hücum hadisələrində yaşları 18, 19 və 30 olmaq üzrə üç nəfər həyatını itirib. Bu il Londonda indiyə qədər 56 nəfər cinayətə qurban gedib. Bu rəqəm keçən ilin tamamında 132 olaraq qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »