Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Araz Ağalarov Rusiya ilə Türkiyəni yaxınlaşmağa çağırdı

“Crocus Group”un sahibi Araz Ağalarov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətləri daha fəal şəkildə inkişaf etdirməyə çağırıb. Vurtualaz.org xəbər verir ki, bunu iş adamı Türkiyədə dərc olunan “Medya Günlüğü” nəşrinə müsahibəsində deyib.

“Türkiyə ilə Rusiya arasında möhkəm ticarət-iqtisadi münasibətlər var. Mənə məlum olduğu kimi, ikitərəfli mal dövriyyəsi artmaqda davam edir. Lakin düşünürəm ki, Türkiyə şirkətləri Rusiyada fəal olmalıdırlar. Hələlik Türkiyə şirkətləri Rusiya bazarında bütün potensialdan istifadə edə bilmirlər. Halbuki, potensial çox böyükdür”, - Ağalarov hesab edir.

İş adamı etiraf edib ki, Türkiyə mallarına yüksək rüsumlar tətbiq edilir və onların optimallaşdırılması mexanizmi barədə düşünməyin zəruriliyini əlavə edib.

“Türkiyədən yardımçı avadanlıq gətirərək Rusiyadakı zavodda istehsalla məşğul olmaq olar. Belə olan halda həm rüsumlar, həm də xərclər az olacaq. Bu cür investisiyalar sayəsində biz ikitərəfli mal dövriyyəsini artıra bilərik. Bu, metodlardan biridir. Məsələn, tikiş istehsalatı da qurmaq olar. Parçaları Türkiyədən gətirib burada məhsul istehsal etmək. Beləliklə, bir çox metodlardan istifadə edərək həm iki ölkə arasında mal dövriyyəsini, həm də Rusiyada daxili istehsalı artırmaq olar”, - o bildirib.

Ağalarov qeyd edib ki, Türkiyənin qida və xalq istehlak malları baxımından potensialı daha yüksəkdir. Eyni zamanda, Türkiyə kənd təsərrüfatı sahəsində Rusiya ilə daha məhsuldar əməkdaşlıq edə bilər.

“Misal üçün, Rusiyanın cənubunda – Rostov vilayətində, Krasnodar və Stavropol diyarlarında Türkiyə texnologiyalarından istifadə etməklə birgə müəssisələr yaradıla bilər. Çox məhsuldar torpaqlar var. Tarixdən bir misal çəkmək istəyirəm. Müharibə illərində alman nasistləri Voronej vilayətindən torpağı qatarlarla Almaniyaya daşıyırdılar. Voronej qaratorpağının keyfiyyəti bütün dünyada məşhurdur. Türkiyə texnologiyalarının tətbiqi ilə Voronej vilayətində istixana müəssisələrinin açılması yaxşı olardı. Biz Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsindən yararlanmalıyıq. Sonra isə həmin kənd təsərrüfatı məhsullarını həm Rusiyanın özündə, həm də xaricdə sata bilərik”, - iş adamı qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »