Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zurabişvili: “Gürcüstanda işsizlik çox yüksək səviyyədədir”

“Bu gün Gürcüstanda işsizlik çox yüksək səviyyədədir və mütəxəssis çatışmazlığı var”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Borjomidə yerli sakinlərlə görüşündə bildirib.

O deyib ki, ölkə iqtisadiyyatına lazım olan mütəxəssislər xaricdən gətirilir: “Bu sahədə balans olmalıdır. Problem ondan ibarətdir ki, ölkənin inkişafı üçün tələb olunan peşə sahibləri çatışmır. Lakin mən çox nikbinəm, belə ki, ölkənin böyük imkanları və potensialı var”.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,8% təşkil edib.

Son xəbərlər
Bütün xəbərlər »