Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Müseyibov Rəşid İlyas oğlu Kimyaçılar qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »