Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

Hindistan ABŞ-dan idxan olunan 28 adda məhsula əlavə rüsum tətbiq edib. Ölkənin Vergilər Nazirliyi bu barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, yeni qərar iyunun 16-dan qüvvəyə minib. Söhbər əsasən, badam, alma, qoz kimi məhsuldan gedir.

Bundan öncə ABŞ prezidenti Donald Tramp Türkiyə və Hindistana münasibətdə bir sıra ticarət güzəştlərinin ləğvinə qərar vermişdi. Tramp qərarını izah edərkən demişdi ki, Hindistan bazara bərabər və münasib qiymətlərlə çıxış imkanının yaradılması məsələsində Birləşmiş Ştatlara zəmanət verə bilmir. Türkiyənin isə iqtisadi inkişafın səviyyəsinə görə güzəştlərdən məhrum edildiyi bildirilirdi.

Tramp ötən il ABŞ-a alüminium və polad idxalına əlavə rüsum tətbiqi barədə qərar imzalayandan sonra Hisdistan bəyan etdi ki, cavab tədbirləri hazırlayır. Daha sonra açıqlandı ki, Amerikanın azı, 30 adda məhsulunun idxalına əlavə rüsum tətbiq olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »