Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradərili rasizmə görə "Boeing"i məhkəməyə verdi

Dünyada ən böyük təyyarə şirkətlərindən olan “Boeing”in əməkdaşı Kertis Entoni şirkəti məhkəməyə verib. Entoni iddia edir ki, qaradərili olduğuna görə iş yerində ayrı-seçkiliyə məruz qalır, iş yoldaşları ona düşmən kimi davranırlar.

Bizimyol.info xəbər verir ki, Kertis Entoni 2011-ci ildə bu şirkətin Cənubi Karolina ştatındakı bölməsində işləyir. Deyir ki, burada işlədiyi 8 il ərzində dəfələrlə irqçi təhqirlərlə üzləşib, iş masasının üzərinə qaradərili olmasına görə onu aşağılayan məktublar qoyulub, hətta bir dəfə masanı murdarlayıblar: “Mən bilmirəm ki, onların motivi nədir. Amma bu məni çox narahat edir”.

Şirkətdən isə Entoninin bu iddialarının əsassız olduğunu bildirərək, təkzib ediblər. Rəhbərliyin sözlərinə görə, o, heç vaxt bununla bağlı şikayət etməyib.

Bundan öncə Amerikada yeni sıxılmış meyvə şirələrinin satışıyla məşğul olan “Smoothie King” mağazalar şəbəkəsi də alıcılara irqçi, təhqiramiz qəbzlər verməkdə ittiham olunurdu. Məsələn, Koreyadan olan bir alıcıya üzərində aktyor Ieki Çanın adı yazılmış qəbz verilmişdi. İrqçi, təhqiramiz ifadələrdən istifadə edərək alıcıları aşağılamağa çalışan kassirlər dərhal işdən azad edilmiş, bu hadisələrin baş verdiyi mağazalar isə müvəqqəti qapadılmışdı. Bu müddətdə mağazaların bütün işçilərinə beynəlxalq standartlarla bağlı təlimlər keçilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »