Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradona: "“Tanrının əli” ilə ingilislərdən intiqam aldıq"

Argentina yığmasının əfsanəvi forvardı Dieqo Maradona 1986-cı ildə futbol üzrə dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu, “Tanrının əli” adı ilə tanınan məşhur qolunu Folklend adalarına görə İngiltərədən alınmış intiqam adlandırıb.

“Biz agrentinalılar hərbçilərin nə ilə üzləşdiyini bilmirdik. Bizə demişdilər ki, müharibədə qələbə qazanırıq. Əslində isə İngiltərə 20:0 hesabı ilə qabaqda idi. Bu, çox ağır idi. Elə bir hay-küy qaldırılmışdı ki, sanki biz də futbol meydançasında daha bir savaşdan qalib çıxmağa hazırlaşırıq.

Mən bilirdim ki, topu qapıdan əlimlə keçirmişəm. Bunu heç planlaşdırmırdım da. Lakin hər şey elə sürətlə baş verdi ki, heç xətdəki hakim də əllə qol vurduğumu görmədi. Hakim mənə baxdı və dedi: “Qol”. Bu, o dərəcədə gözəl bir hiss idi ki, sanki ingilislərdən simvolik intiqam aldıq”, - deyə D.Maradona bu yaxınlarda ekranlara çıxan sənədli avtobioqrafik filmdə bildirib.

Xatırladaq ki, 1986-cı il dünya çempionatının dörddəbir finalında Maradona oyunun 51-ci dəqiqəsində ingilislərin qapısına əli ilə top keçirmişdi. Buna baxmayaraq, oyunun hakimi bunu qol kimi qeydə almışdı. Dörd dəqiqədən sonra D.Maradona “əsrin qolu”nu vuraraq, Argentinaya 2:1 hesabı ilə qələbə qazandırmışdı. Beləliklə, komandası turnirin qalibi olmuşdu. (Oxu.az)

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »