Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda “Nəriman Nərimanov” adına bilik yarışı keçirilib - Foto

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 9-11-ci sinif şagirdləri arasında “Nəriman Nərimanov” adına bilik yarışı keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, yarışmada Marneuli, Qardabani, Bolnisi və Tbilisi şəhərləri daxil olmaqla ümumilikdə 9 komanda mübarizə aparıb.

GAİM-in direktoru Aygül İsayeva APA-ya bildirib ki, Gürcüstanda ilk dəfə “Nəriman Nərimanov” adına bilik yarışını onlar həyata keçirir. Yarışın nəticələrinə əsasən 9 komanda arasında 1-ci yeri “Günəş” komandası, 2-ci yeri “Teen Wolves”, 3-cü yeri isə “Zəka” komandası tutub.

Qalib komandalar sertifikat və kubokla mükafatlandırılıblar.

Neriman Nerimanov Bilik Yarishi 2 df

Həmçinin, qalib komandanın üzvləri “GAİM”in sentyabr ayında təşkil etdiyi kurslarından birində imtahansız və testsiz iştirak etmək hüququ qazanıblar.

Son xəbərlər
Bütün xəbərlər »